Əsas Səhifə > Güney Press > Son 2 ildə Cənubi Qafqaz ölkələrində iqtisadi böyümə necə olub?

Son 2 ildə Cənubi Qafqaz ölkələrində iqtisadi böyümə necə olub?


Bu gün, 17:38

Ötən il Cənubi Qafqaz ölkələrində – Azərbaycan, Ermənistan və Gürcüstanda ümumi daxili məhsulun (ÜDM) həcmi 133,9 milyard dollar olub.
Yeniavaz.com
məşhur “Tradingeconomics” portalına istinadən xəbər verir ki, 133,9 milyard dollarlıq ÜDM-nin 55,5%-i (74,32 milyard dollar) Azərbaycanın, 25,2%-i (33,78 milyard dollar) Gürcüstanın, 19,3%-i isə (25,79 milyard dollar) Ermənistanın payına düşüb.
Müqayisə üçün bildirək ki, 2 il əvvəl – 2022-ci ildə Cənubi Qafqaz ölkələrində ÜDM-nin həcmi 123,3 milyard dollar olub. Bunun da, 63,9%-i (78,81 milyard dollar) Azərbaycanın, 20,2%-i (24,98 milyard dollar) Gürcüstanın, 15,9%-i isə (19,51 milyard dollar) Ermənistanın payına düşüb.
Açıqlanan məlumatlardan da göründüyü kimi, son 2 ildə Cənubi Qafqaz ölkələrinin birgə ÜDM-ində Azərbaycanın payı 63,9%-dən 55,5%-ə düşüb. Gürcüstanın ÜDM-i 20,2%-dən 25,2%-ə, Ermənistanın ÜDM-i isə 15,9%-dən 19,3%-ə yüksəlib.


Geri qayıt