Əsas Səhifə > Güney Press > Azərbaycan radiosunun binası söküləcək,
Azərbaycan radiosunun binası söküləcək,Bu gün, 15:52 |
Azərbaycan Radiosunun binasında söküntü işləri aparılacaq. APA-nın əldə etdiyi məlumata görə, radionun fəaliyyətində fasilə yaranmasın deyə, əməkdaşlar işlərini Azərbaycan Televiziyasının (AzTV) binasında davam etdirəcək. AzTV-nin mətbuat xidməti faktı APA-ya təsdiqləyib. Bildirilib ki, radionun binası söküldükdən sonra təməlqoyma və yeni binanın tikintisi gözlənilir: “Azərbaycan radiosunun yeni binasının neçə mərtəbədən ibarət olacağı hələ ki məlum deyil. Bu, gələcək situasiya və əməkdaşların sayına görə dəyişə bilər”. Geri qayıt |