Əsas Səhifə > Güney Press > Bakı, İrəvan, Tiflis:
Bakı, İrəvan, Tiflis:Dünən, 18:00 |
Bakıda bir otaqlı mənzilin orta aylıq kirayə haqqı 478 dollar, üç otaqlı mənzilin isə 964 dollardır. Axar.az xəbər verir ki, bu barədə “Numbeo” məlumatlar bazasının hesabatında qeyd olunub. Qeyd olunub ki, İrəvanda eyni mənzillərin orta kirayə qiyməti müvafiq olaraq 748 və 1256 dollar, Tiflisdə isə 713 və 1376 dollar təşkil edir. Bakı 2025-ci ilin birinci yarısının nəticələrinə əsasən, yaşayış minimumuna görə şəhərlərin reytinqində 340-cı yerdə qərarlaşıb. Reytinqdə Tiflis 316-cı, İrəvan 257, İstanbul 258, Moskva 230-cu yeri tutub. Geri qayıt |