Əsas Səhifə > Güney Press > Zaqatalada ADAM OĞURLUĞU: Prokurorluğun qarşısından qızı zorla qaçırdılar

Zaqatalada ADAM OĞURLUĞU: Prokurorluğun qarşısından qızı zorla qaçırdılar


Dünən, 13:42

Zaqatalada adam oğurluğu baş verib.

Yerli sakinlərin Lent.az-a verdiyi məlumata görə, hadisə avqustun 31-i səhər saat 5 radələrində Zaqatala rayon Prokurorluğunun qarşısında qeydə alınıb.

“Hyundai - İ30” markalı avtomobili idarə edən şəxslər qadını zorla maşına basaraq qaçırıblar. Qadın qışqıra-qışqıra maşının pəncərəsindən ayaqlarını çıxararaq özünü avtomobildən atmaq istəyib. Lakin buna nail ola bilməyib.

Hadisə baş verən zaman məsciddən çıxan yerli sakinlər qadını qaçıran avtomobili təqib etməyə başlayıblar. Qax rayonu istiqamətində hərəkət edən həmin avtomobil təqib edildiyinin fərqinə varıb və yüksək sürətlə hərəkət edərək gözdən itib.

Hadisə ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib.

Əldə etdiyimiz məlumata görə, artıq faktla bağlı Zaqatala rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

Lent.az qız qaçıran avtomobilin görüntülərini də əldə edib.

Həmin görüntüləri təqdim edirik:


Geri qayıt