Əsas Səhifə > Güney Press > Qazaxlar məşhur rusiyalı müğənnini boykot etdilər
Qazaxlar məşhur rusiyalı müğənnini boykot etdilərDünən, 14:06 |
Rusiyalı müğənni Polina Qaqarinanın Astanada planlaşdırılan konserti ləğv olunmaq təhlükəsi ilə üzləşib. Sosial şəbəkələrdə boykot çağırışlarından sonra konsertin biletləri satışdan çıxarılıb. KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilir ki, hazırda konsertin afişaları təşkilatçıların səhifələrindən və müğənninin rəsmi portalından yığışdırılıb. Qazaxıstan saytlarında bilet almaq mümkün deyil.
Qeyd edək ki, Polina Qaqarinanın konserti 2023-cü ildə də Qazaxıstanda eyni səbəbdən ləğv olunmuşdu. Geri qayıt |