Əsas Səhifə > Güney Press > Bakıda gedişhaqqının 1 manat olacağı iddiası VƏ...
Bakıda gedişhaqqının 1 manat olacağı iddiası VƏ...Dünən, 13:56 |
Xəbər verdiyimiz kimi, Azərbaycanda ictimai nəqliyyatda, xüsusilə də marşrut avtobuslarında gediş haqqının 1 manata qədər artırılacağı barədə məlumatlar yayılıb. Pravda.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) bu barədə Tarif Şurasına müraciət edib-etmədiyini öyrənmək üçün sorğu ünvanlayıb. AYNA tərəfindən sorğumuza heç bir mövqe bildirilməyib. Bu susqunluq, vaxtında verilməyən rəsmi açıqlama sosial şəbəkələrdə şayiələrin yayılmasına şərait yaradır. Geri qayıt |