Əsas Səhifə > Güney Press > "Həyatımda unudulmaz bir gündür"

"Həyatımda unudulmaz bir gündür"


Dünən, 13:26

"Həyatımda unudulmaz bir gündür. Müdafiə Nazirliyi tərəfindən “Hərbi əməkdaşlığa görə” medalı ilə təltif olunmaq mənim üçün böyük şərəf və qürurdur".

Axşam.az xəbər verir ki, bu sözləri aktyor Ramil babayev sosial şəbəkədə paylaşıb. Mükafat alan Ramil sözlərinə belə davam edib:

"Bu medal sadəcə bir mükafat deyil – illərlə çəkilən zəhmətin, səbrin, fədakarlığın və keçilən çətin yolların qiymətləndirilməsidir. Hər addımda üzləşdiyim sınaqlar bu gün mənə daha güclü, iradəli olmağı öyrətdi. Bu təltif mənim üçün həm də gələcək işlərimdə daha da məsuliyyətli olmağın rəmzidir. Qürurla deyə bilərəm ki, bu yolun hər addımında Vətən sevgisi var".


Geri qayıt