Əsas Səhifə > Güney Press > Ermənistan lideri Çində Putin və Ərdoğanla görüşlərin mümkünlüyünü istisna etmir
Ermənistan lideri Çində Putin və Ərdoğanla görüşlərin mümkünlüyünü istisna etmirDünən, 12:54 |
Ermənistanın Baş naziri Nikol Paşinyan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Çindəki sammitində Türkiyə, Azərbaycan və Rusiya prezidentləri ilə görüşlərin mümkünlüyünü istisna etməyib. APA xəbər verir ki, o, bu barədə bugünkü brifinqdə bildirib. O qeyd edib ki, bu cür sammitlərdə adətən müzakirələr olur, amma hələlik planlaşdırılan görüşlər yoxdur, hər şey yerində aydın olacaq. Geri qayıt |