Əsas Səhifə > Güney Press / Ana xəbər > Zakir Həsənov Müdafiə Nazirliyinə Naxçıvandan kadr gətirdi

Zakir Həsənov Müdafiə Nazirliyinə Naxçıvandan kadr gətirdi


16-05-2014, 12:58
Zakir Həsənov Müdafiə Nazirliyinə Naxçıvandan kadr gətirdi
Azərbaycan Müdafiə Nazirliyində daha bir təyinat olub.

APA-nın məlumatına görə, general-mayor Rasim Əliyev Naxçıvan Muxtar Respublikasındakı Heydər Əliyev adına Hərbi Liseyin rəisi vəzifəsindən azad edilərək, Müdafiə Nazirliyinin Kadrlar İdarəsinin rəisi vəzifəsisə təyin edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Qeyd edək ki, Kadrlar İdarəsinin rəisi, polkovnik Vidadi Əsgərov ötən ilin sonlarında vəzifəsindən azad edilib.

Geri qayıt