Əsas Səhifə > Güney Press > Azərbaycanda iranlı qadın tələbələrin fahişəlik şəbəkəsi ilə bağlı yeni şok faktlar

Azərbaycanda iranlı qadın tələbələrin fahişəlik şəbəkəsi ilə bağlı yeni şok faktlar


Dünən, 12:59

Musavat.com xəbər verir ki, Azərbaycanın ali məktəblərində təhsil alan bəzi İran vətəndaşlarının fahişəlik fəaliyyəti ilə məşğul olduqları üçün deportasiya olunmaları barədə yayılan məlumatlar yeni detallar ilə zənginləşib. MOUZE-nin əldə etdiyi bilgilərə görə, bu şəbəkənin əhatəsi düşündüyündən daha geniş olub.

Səfirlərin və iş adamlarının iştirakı ilə orgiyalar

Məlumatlara əsasən, iranlı tələbələrin daxil olduğu dəstə Bakıda fəaliyyət göstərən xarici iş adamlarından birinin nəzarətindəki biznes mərkəzində müxtəlif tədbirlər təşkil edib. Burada xarici səfirlərin, iş adamlarının və həmin qadınların iştirakı ilə gizli orgiyalar keçirilib.

Deputat və vəzifəli şəxslərlə əlaqələr

MOUZE-nin araşdırmasına görə, bu dəstə üzvlərindən bəzilərinin Milli Məclisin bir deputatı ilə də əlaqədə olması barədə faktlar mövcuddur. Eyni zamanda, bir sıra dövlət qurumlarının vəzifəli şəxslərinin də bu qadınlarla görüşdüyü iddia edilir.

İran tərəfinin etiraf və etirazları

İran tərəfi bəzi qadınların nişanlı olduqlarını, mediada yayılan xəbərlərin onların nüfuzuna zərər verdiyini iddia edib. Lakin qeyd olunur ki, həmin qadınlar açıq-saçıq fotolarını öz sosial şəbəkə hesablarında paylaşırdılar və bu şəkillər hər kəsə, o cümlədən İran dövlətinə də açıq idi. Beləliklə, onlar öz ölkələrinin qanunlarına da zidd hərəkət etmiş olublar.

Xüsusi xidmətlərin izi

Məlumatlara görə, İrandan Azərbaycana təhsil almağa gələn qadın tələbələrdən bir qrupu İranın xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb olunub. Onların əsas tapşırığı Azərbaycanda nüfuzlu şəxslərlə əlaqə qurmaq, ələalma prosesində vasitəçi rolunu oynamaq olub. Bahalı klublar və əyləncə məkanlarında tanışlıqlar quraraq iş adamları və məmurları öz torlarına salıblar.

Rəsmi məlumata görə, bu qadınlardan 11 nəfərinin Azərbaycana girişinə qadağa qoyulub, 5 nəfər isə artıq deportasiya edilib. Hadisə həm Azərbaycan, həm də region üçün ciddi siyasi və təhlükəsizlik qalmaqalı kimi qiymətləndirilir.


Geri qayıt