Əsas Səhifə > Güney Press > Azərbaycanla sülh əsas məqsədimizdir

Azərbaycanla sülh əsas məqsədimizdir


Dünən, 12:16

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan səfirlərin Qafanda keçirilən illik toplantısına qatılıb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazir çıxışında avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında keçirilən görüşlər nəticəsində əldə olunan razılaşmalar barədə danışıb.

Ararat Mirzoyan Ermənistan-Azərbaycan ilkin razılaşmasına toxunaraq, bərqərar olmuş sülhün Ermənistan və region üçün əhəmiyyətini vurğulayıb.

Xarici işlər naziri iddia edib ki, Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin davamlı şəkildə həyata keçirilməsi və sülhün təmin olunması İrəvanın əsas məqsədidir.

A.Mirzoyan regional nəqliyyat dəhlizlərinin açılmasının yaratdığı imkanlara, bu məqsədlə Vaşinqtonda imzalanmış üçtərəfli bəyannamənin həyata keçirilməsi istiqamətində görüləcək işlərə diqqət çəkib.


Geri qayıt