Əsas Səhifə > Güney Press / Ana xəbər > “GL Group”da yeni təyinat

“GL Group”da yeni təyinat


Dünən, 12:14

Fərid Bağırov 25 avqust 2025-ci il tarixindən etibarən “GL Group” MMC-də Qrup üzrə Kommersiya direktoru vəzifəsinə təyin edilib.

Banker.az xəbər verir ki, eyni zamanda Fərid Bağırov Qrup üzrə Birləşmələr və satınalma (M&A) komandasının üzvüdür.

O, GL Group-a qoşulmazdan əvvəl bp şirkətinin London ofisində Birləşmələr və satınalma (M&A) komandası üzrə menecer vəzifəsində çalışmış, burada 500 milyon ABŞ dollarından artıq dəyəri olan layihələrin həyata keçirilməsində iştirak etmişdir. Daha sonra o, bp Oman şirkətində Biznes inkişafı üzrə məsləhətçi vəzifəsində fəaliyyət göstərib.


Geri qayıt