Əsas Səhifə > Güney Press / Ana xəbər > Söyün Sadıqovdan Leyla Yunusa dolayı dəstək gəldi

Söyün Sadıqovdan Leyla Yunusa dolayı dəstək gəldi


16-05-2014, 11:42
Söyün Sadıqovdan Leyla Yunusa dolayı dəstək gəldi
“Mən ermənilərlə azərbaycanlılar arasında qarşılıqlı anlaşmanı bərpa etməliyəm”. Bunu Avrasiya.net-ə açıqlamasında Rusiya Prezidenti yanında Millətlərarası Əlaqələr şöbəsinin üzvü və Vladimir Putunin səlahiyyətli nümayəndəsi Söyün Sadıqov bildirib.

S.Sadıqov qeyd edib ki, biz Rusiyada ermənilərlə biri-birmizi öldürə bilmərik axı: “Bu düz deyil. Ermənilərin bir çoxu Qarabağa qarşı separatçılığın, Sarkisyan və Köçəryan rejminin əleyhinədir. Onlar gördülər və görürlər ki, onları Qarabağ şüarı altında istifadə etdilər. Erməni xalqı çox acınacaqlı həyat sürür və öz doğma vətənlərindən hər yerə səpələnmiş həyat sürüməkdədirlər. Mən Rusiyada millətlərarası əlaqələr üzrə işlədiyimdən dolayı xalqlar arasında qarşılıqlı anlaşmanı bərpa etməliyəm. Xüsusəndə ermənilərlə azərbaycanlılar arasında”,

S.Sadıqov onu da bildirib ki, Gürcüstanda doğulsa da, Rusiya vətəndaşıdır: “Yalnız Azərbaycandan heç bir fayda əldə etməyimə baxmayaraq, bütün fəaliyyətim boyu məhz Azərbaycan üçün çalışmışam və çalışacağam. Bu görmək üçün siz sadəcə istənilən axtarış sisteminə daxil olub Sadıqov Söyün və ya Sadıqov Söyün Qasım oğlu (Садыков РЎРѕСЋРЅ Касымович) yazmaqla mənim haqqımda informasiya əldə edə bilərsiz. Bundan əlavə həmin axtarış sistemində AZERROS və ya FNKA AZƏRROS yazan zaman özünüz mənim fəaliyyətim haqqında hər şeyi görəcəksiniz. Özümü tərifləməyi heç sevmirəm. Hesab edirəm ki, əgər məni kimsə tərifləyirsə və ya təşəkkür edirsə, deməli mən nə isə xeyirli bir iş görmüşəm. Mənə başqa heç nə lazım deyil”,

Geri qayıt