Əsas Səhifə > Güney Press > Ermənistanı qarışdıran xəbər yayıldı:
Ermənistanı qarışdıran xəbər yayıldı:Dünən, 12:55 |
Ermənistan hökuməti bir müddətdir iclaslarda qapalı şəkildə növbədənkənar seçkilərin keçirilməsi məsələsini müzakirə edir. Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak”ın məqaləsində qeyd olunur. Nəşr yazır ki, hökumət üzvləri seçkilərin erkən baş tutması ilə bağlı iddiaları nə qədər təkzib etsələr də, qapalı qapılar ardında qızğın müzakirə aparılır. Paşinyanın ötən gün mətbuat konfransındakı açıqlaması ilə bu məsələyə dair iddiaları gücləndirib. “Növbədənkənar seçkilərin keçirilməsinin zəruriliyi ilə bağlı fikirlər var, lakin bu fikirlərin əsaslandırılması hələ də yoxlanılmalıdır”, – Paşinyan bildirib. Maraqlıdır ki, baş nazir əvvəl gündəlikdə belə məsələnin yer almadığını, buna ehtiyacın olmadığını söyləsə də, hazırda əks fikirdədir. İddialara görə, Paşinyan ötən gün axşam bütün hakim partiya üzvləri, qubernatorlar, bələdiyyə sədrləri nazirlər, bir sözlə, hər kəsi toplayaraq seçkilərlə bağlı iclas keçirib. Toplantı iki saata yaxın davam edib. Geri qayıt |