Əsas Səhifə > Güney Press > Süleyman Mikayılov Qobustanda qəbul keçirdi
Süleyman Mikayılov Qobustanda qəbul keçirdiBu gün, 16:17 |
Avqustun 22-də Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun növbəti səyyar qəbulu Qobustan qəsəbəsində keçirilib. “DİA-AZ” xəbər verir ki, qəbulda rayon sakinləri ilə yanaşı, hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə və müəssisə rəhbərləri də iştirak ediblər. Görüş zamanı 70-dən artıq sakin içməli su təchizatı, yol və nəqliyyat infrastrukturu, təmizlik, abadlıq və sosial məsələlərlə bağlı müraciətlərini səsləndirib. Qaldırılan problemlərin bir hissəsi yerindəcə həll olunub, digər məsələlərin aradan qaldırılması üçün aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib. Son dövrlərdə Qobustan qəsəbəsində aparılan abadlıq və yenidənqurma işləri – yeni asfalt örtüyünün çəkilməsi, işıqlandırma sisteminin yaxşılaşdırılması, təmizlik və yaşıllıqların qorunması tədbirləri sakinlər tərəfindən razılıqla qarşılanıb. Onlar sosial rifahın yüksəldilməsi istiqamətində görülən işlərə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Qəbuldan sonra icra başçısı qəsəbənin müxtəlif ərazilərinə baxış keçirib, mövcud problemlərin operativ həlli ilə bağlı müvafiq göstərişlər verib. Səyyar qəbul və görüşlərin keçirilməsində əsas məqsəd sakinlərlə birbaşa təmas qurmaq, onların müraciətlərinə çevik reaksiya vermək və yerli idarəçiliyin effektivliyini daha da artırmaqdır. Geri qayıt |