Əsas Səhifə > Güney Press / Reklam > AZAL-ın Müşahidə Şurasının üzvləri dəyişib
AZAL-ın Müşahidə Şurasının üzvləri dəyişibBu gün, 11:09 |
"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin Müşahidə Şurasının üzvləri dəyişib. "DİA-AZ" xəbər verir ki, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) icraçı direktoru Şahin Babayev, AZCON-un icraçı direktorunun müavini Vüqar Mirzəzadə, AZCON-un maliyyə departamentinin direktoru Taylan Tekeli Şuranın üzvləri təyin ediliblər. Qeyd edək ki, qurumun Müşahidə Şurasının sədri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevdir. Geri qayıt |