Əsas Səhifə > Güney Press > "Əfqanıstan da Pakistan kimi bizim strateji müttəfiqimiz olacaq"
"Əfqanıstan da Pakistan kimi bizim strateji müttəfiqimiz olacaq"Bu gün, 11:01 |
Prezident İlham Əliyevin Kəlbəcərdə Putini "ağıllı olmağa" çağırdıqdan sonra Türkmənistana səfəri təsadüfi deyil. "DİA-AZ" xəbər verir ki, bu səfəri şərh edən politoloq Heydər Oğuz maraqlı qənaəti ilə diqqətə gəlib.
"Hər şeydən öncə, bu səfər Lazurit yolu Dəhlizinin tam gücüylə açılması istiqamətində atılmış mühüm addım olacaq..." deyə vurğulayan H.Oğuz daha sonra əlavə edib:
"Qeyd edim ki, Lapis Lazuli (Lazurit yolu) Beynəlxalq Nəqliyyat Dəhlizi Əfqanıstan başlayıb Londonda tamamlanır. Başqa sözlə, yaxın günlərdə Əfqan sarıqlılarının da Azərbaycana səfərlərini gözləyə bilərsiniz. Yəqin ki bu mümkün səfərdən sonra Əfqanıstan da Pakistan kimi bizim strateji müttəfiqimiz olacaq.
Son 35 illik qısa tarixdə Rusiya üzərində zədər çalan iki qalib dövlətin strateji müttəfiqliyi Moskvaya əsl göz dağı olacaq.
Təəssüf ki, bu xəbəri gec gördüm. İnşallah, Lazurit yolu barədə sizin üçün təhlil yazısı yazacağam..."
Geri qayıt |