Əsas Səhifə > Güney Press > “Azərpoçt”un 600 minlik tenderləri baş tutmadı
“Azərpoçt”un 600 minlik tenderləri baş tutmadıBu gün, 17:04 |
“Azərpoçt” MMC tərəfindən elan olunan bir neçə tender müsabiqəsi baş tutmayıb. "DİA-AZ" xəbər verir ki, qurum yük avtomobillərinin və poçt məntəqəsinin alınması ilə bağlı 3 tender elan etmişdi, lakin onların hamısı ləğv edilib.Birinci tender kompakt van tipli qapalı furqon yük avtomobillərinin alınmasına aid idi. Ümumi ehtimal olunan dəyəri 181 071 manat olan bu tender çərçivəsində 3 ədəd avtomobilin satın alınması nəzərdə tutulmuşdu. Tenderin dərc tarixi 30 iyul 2025-ci il saat 16:20 göstərilmiş, təkliflərin qəbulu və zərflərin açılışı isə 21 avqust 2025-ci il saat 11:00-a təyin olunmuşdu. İkinci tender də analoji olaraq yük avtomobillərinin, bu dəfə van tipli qapalı furqonların alınması üçün elan edilmişdi. Bu dəfə də 3 ədəd yük avtomobilinin alınması planlaşdırılırdı. Tenderin ehtimal olunan dəyəri 248 685 manat təşkil edirdi. Müsabiqə 30 iyul 2025-ci il saat 12:44-də dərc olunmuşdu, təkliflərin qəbulu və açılış prosesi isə yenə 21 avqust 2025-ci il saat 11:00-a təyin edilmişdi. Üçüncü tender isə konteyner tipli poçt məntəqəsinin satın alınması ilə bağlı idi. Bu tenderin ehtimal olunan dəyəri 176 517 manat olub. Müsabiqə 29 iyul 2025-ci il saat 16:03-də dərc edilmişdi, təkliflərin son qəbulu və açılışı tarixi də eyni qaydada 21 avqust 2025-ci il saat 11:00-a təsdiq olunmuşdu. Hər üç tenderin ləğv edilmə səbəbi eyni olub: satınalmada iştirak etmək üçün təklif və təminat təqdim etmiş, tələb olunan lisenziyaya və ya icazəyə malik təchizatçıların sayı üçdən az olduğuna görə, “Dövlət satınalmaları haqqında” Qanunun 36.1.1-ci maddəsinə uyğun olaraq müsabiqələrin keçirilməsi mümkün sayılmayıb. Nəticədə, “Azərpoçt” MMC-nin elan etdiyi bütün bu 606 273 manatlıq tenderlər baş tutmayıb. Geri qayıt |