Əsas Səhifə > Güney Press / Ana xəbər > Əmircan sakinlərinin futbol meydançası problemi
Əmircan sakinlərinin futbol meydançası problemi16-05-2014, 10:27 |
![]() Əmircan qəsəbəsi Balandin küc 1a da yerləşən uşaq meydançasının sökülməsi sakinlərin ciddi narazılığına səbəb olub. Moderator.az-a müraciət edən Əmircan sakinləri qorxurlar ki, uşaqların nəzərdə tutulmuş idman meydançası hansısa iş adamına satılıb. Sakinlərin dediyinə görə meydançadakı futbol qapıları sökülüb. Meydançanın ərazisinə isə zibil qabları yerləşdirilib. Uşaqlar artıq bu meydançanın xidmətindən istifadə edə bilmirlər. Sakinlər onu da bildirdilər ki, buna heç bir halda yol verilməyəcək və lazım gəlsə uşaqların meydançasına göz dikənlərə layiq olduqları cavabı verəcəklər... Mövzunu diqqətdə saxlayacağıq. Geri qayıt |