Əsas Səhifə > Güney Press > Masallıda itkin düşən 67 yaşlı kişinin paltarları tapıldı
Masallıda itkin düşən 67 yaşlı kişinin paltarları tapıldıBu gün, 13:02 |
Masallıda su anbarında itkin düşən şəxsin axtarışı davam etdirilir. Teleqraf-ın cənub bürosu xəbər verir ki, rayonun İsi kənd sakini, 1958-ci il təvəllüdlü Mirmusa Güləhməd oğlu Aslanovun Viləşçay su anbarında batması ehtimal olunur. Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupunun əməkdaşları cəlb olunub. Yaxınlarının sözlərinə görə, Mirmusa Aslanov ötən gün saat 18:00 radələrində mal-qara dalınca evdən çıxıb. Həmin vaxtdan ondan xəbər almaq mümkün olmayıb. Kənd sakinlərinin axtarışları zamanı ona məxsus geyim əşyaları su anbarının kənarında tapılıb. 67 yaşlı Mirmusa Aslanovun axtarış tədbirləri davam etdirilir. Geri qayıt |