Əsas Səhifə > Güney Press > “Trampın Prezident İlham Əliyevi hədələməsi ilə bağlı səsləndirilən fikirlər yalandır, o, Paşinyanı hədləyə bilər”
“Trampın Prezident İlham Əliyevi hədələməsi ilə bağlı səsləndirilən fikirlər yalandır, o, Paşinyanı hədləyə bilər”Bu gün, 12:11 |
“Xarici mətbuatın ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevi hədələməsi ilə bağlı səsləndirdiyi fikirlər yalan və qərəzin nümayişidir. Tramp Paşinyanı hədləyə bilər. Çünki sülh müqaviləsinin imzalanması üçün müvafiq addımların atılmasına tərəddüd edən Paşinyan idi və onu sənədlərə imza atdırmaq üçün ticarət məsələsini ortaya atıla bilərdi. Azərbaycanın adının səhv səsləndirməsi və Ermənistana “Albaniya” deməsi mümkündür, çünki ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistan adlarını gündəlik istifadə etmir, o cümlədən Azərbaycan və Ermənistan ABŞ üçün balaca ölkələrdir. Əsas məsələ budur ki, ölkə adları səhv salınsa da, 35 ildən sonra sülhə nail olmasını səhv salmır. Bu o deməkdir ki, Tramp yekun sülh müqaviləsinin imzalanmasına, Zəngəzur dəhlizinin açılmasına maraqlıdır və bu məsələləri sona çatdırmaq niyyətindədir. Trampın ifadələrinə yeni forma verməyə çalışanlar isə regiona sülhün gəlməsini istəməyən dairələrə xidmət edən və duru suları bulandırmağa çalışan qərəzli mətbuatdır”. Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Deputat xatırladıb ki, Vaşinqton görüşündə Donald Tramp Azərbaycan Prezidentini və Ermənistan Baş nazirini “böyük liderlər” adlandırıb. Onun sözlərinə görə, 35 ildən sonra sülhə gəlmək və yeni reallıq yaratmaq ilk növbədə Prezident İlham Əliyevin liderliyi sayəsində mümkün olub: "Çünki 2020-ci ildə dövlət başçımız siyasi iradə və qətiyyət nümayiş etdirərək torpaqlarımız hərb yolu ilə işğaldan azad olunmasaydı, 2023-ci ilin 20 sentyabrında Qarabağda separatçıların tabutuna axırıncı mismar vurulmasaydı, bu gün süldən danışmaq və hər hansı bir razılığa gəlmək mümkün olmazdı. Məhz Prezident İlham Əliyevin liderliyi sayəsində 44 günlük Vətən müharibəsindən sonra 5 baza prinsipinə əsaslanmış sülh müqaviləsinin mətnini hazırlayaraq Ermənistana Azərbaycan təqdim edib. Bu gün razılaşdırılmış və Vaşinqtonda imzalanmış sülh müqaviləsinin mətnini Azərbaycan hazırlayıb. Hətta sülh müqaviləsinin mətninin paraflanması ilə bağlı ilk xəbəri Əbu-Dabi görüşündən sonra Prezident İlham Əliyev verdi. Sülh müqaviləsini paraflamaq niyyətimiz olmasaydı, Prezident İlham Əliyev Vaşinqtona səfər etməzdi. Həm də Vaşinqtonda dövlət başçımızın təkidlə tələb etdiyi ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı birgə müraciət ünvanlandı. Bizim təkidlə tələb etdiyimiz Zəngəzur dəhlizinin beynəlxalq sülh və rifah adına “Tramp marşrutu” adlandırılaraq açılması ilə bağlı Birgə bəyanat imzanadı. Azadlıq aktına əlavə olunmuş 907-ci düzəliş ləğv olundu. Azərbaycan hökuməti ilə ABŞ hökuməti arasında strateji tərəfdaşlıq xartiyasının hazırlanması üçün komisiyanın yardılması ilə bağlı sənəd imzalandı. Bütün bunlar bunu deməyimizə imkan verir ki, birinci növbədə Trampın Prezident İlham Əliyevi hədələməyə bir əsası yoxdur. İkincisi isə Prezident İlham Əliyevlə Donald Tramp arasında uğurla davam edən görüşün nəticələrində hədənin yox, mehriban münasibətin olduğunu bütün dünya müşahidə etdi. Prezident İlham Əliyev ABŞ-də keçirilmiş prezident seçkiləri kampaniyası zamanı Avropa liderləri Baydenin partiyasını dəstəklədiyi halda, Trampa açıq şəkildə öz siyasi dəstəyini verdiyini də dünya ictimaiyyəti izləmişdi. Vaşinqtonda keçirlən üçtərəfli görüşdə də ABŞ-ni “bir nömrəli dövlət”, Trampı “bir nömrəli Prezident” adlandıran da, sülh müqaviləsinin paraflanması və sülhün əldə olunmasında göstərdiyi xidmətlərə görə Ermənistanla birgə Trampa “Sülh mükafatı”nın verilməsi üçün birgə müraciətin göndərilməsi təklifini səsləndirən də məhz Prezident İlham Əliyev oldu”. Geri qayıt |