Əsas Səhifə > Güney Press > Putinin planına sərt reaksiya:
Putinin planına sərt reaksiya:Bu gün, 10:44 |
“Vladimir Putin Luqansk, Donetsk, Zaporojye, Xerson və Krımın işğalını qanuniləşdirməyə, Ukraynanı parçalamağa çalışır”. Teleqraf xəbər verir ki, bunu Krım türklərinin lideri Mustafa Əbdülcəmil Krımoğlu Türkiyə KİV-ə müsahibəsində deyib. Kırımoğlu Rusiyanın 100 il əvvəl türk dünyasını bir-birindən ayırmaq üçün Zəngəzuru, 1990-cı illərdə isə ermənilərə dəstək verərək Qarabağı işğal etdiyini bildirib. “Dünən Qarabağ nə idisə, bu gün də Krım elədir. Qarabağın türk kimliyi bütün vəhşiliyə, qan tökülməsinə baxmayaraq silinmədiyi kimi, Krımın da tarixi, etnik və coğrafi kimliyi məhv edilə bilməz. Qarabağımız 30 ildən sonra öz əvvəlki vəziyyətinə qayıdıb. İnşallah, Krım da yenidən türk vətəni statusunu qazanacaq. Krım Putin üçün vazkeçilməzdir. Çünki Krım həm Rusiyanın Qara dənizdəki mövcudluğu, həm də Türkiyəyə yaxınlığı baxımından fövqəladə strateji əhəmiyyətə malikdir”, - tatarların lideri vurğulayıb. Tataroğlu əlavə edib: “Krım Turanın ürəyidir, bazarlıq edən xaindir. Ən böyük arzumuz rəsmi olaraq Türk Dövlətləri Təşkilatına üzv olmaqdır. Mövcud şərait hamıya bəllidir, amma biz mühacirətdə olan hökumət olaraq ən azı müşahidəçi üzv kimi birliyə daxil olmaq istəyirik. Minlərlə türk övladı Krım üçün qan tökdü. Biz çox əzablar çəkmişik. Krımın ağrısı türk dünyasının ağrısıdır. Mən buradan bəyan edirəm ki, Krım Rusiya ərazisi olmayacaq. İnanırıq və bilirik ki, Qarabağ kimi, Krım yarımadasının da azad edilməsində Türkiyə ilə birlikdə yeni bir dastan yazacağıq. O günlər uzaqda deyil”. Geri qayıt |