Əsas Səhifə > Güney Press > İlkin Süleymanovun kassasiya şikayəti icraata götürüldü

İlkin Süleymanovun kassasiya şikayəti icraata götürüldü


Bu gün, 09:49

Tovuzda 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun barəsindəki qərardan verilən kassasiya şikayəti icraata götürülüb.

"DİA-AZ" pravda.az-a istinadən xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

O, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Qeyd: Hadisə 2020-ci ilin əvvəlində Tovuz rayonunun Dondar Quşçu kəndində baş verib. İttihama görə, İlkin Süleymanov həmkəndlisi olan 10 yaşlı Nərmin Quliyevanı oğurlayaraq evində saxlayıb, bir neçə gün sonra onu xüsusi amansızlıqla qətlə yetirib və cəsədini yandıraraq izləri gizlətməyə çalışıb.

İlkin Süleymanov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə xüsusi amansızlıqla adam öldürmə, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə və adam oğurluğunda təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya instansiyası hökmü təsdiq edib.


Geri qayıt