Əsas Səhifə > Güney Press > Azərbaycanda sabiq rektor vəfat etdi
Azərbaycanda sabiq rektor vəfat etdiBu gün, 08:54 |
Azərbaycan Kooperasiya Universitetinin sabiq rektoru, iqtisad elmləri namizədi Mahmud Quluzadə vəfat edib. Bu barədə İqtisadiyyat.az-a onun yaxınları məlumat verib. Bildirilib ki, M.Quluzadə uzun sürən xəstəlikdən sonra avqustun 18-də 86 yaşında Bakıda dünyasını dəyişib. Xatırladaq ki, M.Quluzadə 1938-ci ilin dekabrın 22-də Tovuz rayonunun Pələngli kəndində dünyaya gəlib. 1956-1959-cu illərdə Bakı Statistika Texnikumunda təhsil alıb. 1962-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (hazırkı Azərbaycan Dövlət İqtisad Universiteti) daxil olub. 1969-cu ildə institutunu əla qiymətlərlə qurtarıb, “Xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırılması” kafedrasında müəllim işləyib. Bir müddət Tovuz rayonunda statistika idarəsində müdir müavini vəzifəsində çalışıb. 1966-cı ildən 1974-cü ilə qədər Azərbaycan Dövlət İqtisad Universitetində komsomol katibi işləyib.1974-cü ildə alimlik dərəcəsi almaq üçün dissertasiya işini müdafiə edib. 2002-ci ildə Moskva Dövlət Kooperasiya Universitetinin Bakıdakı filialının direktoru vəzifəsinədə çalışıb. Həmin filial Azərbaycan Kooperasiya Universiteti adlandırılaraq yenidən təşkil edildikdən sonra uzun illər həmin universitetin rektoru olub. 1995-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə dəvət alıb və dünyasını dəyişənə qədər Azərbaycan Dövlət İqtisad Universitetinin “Sosial sferanın iqtisadiyyatı və idarəedilməsi” kafedrasında dosent vəzifəsində işləyib. O, 2017-ci ilin mayında UNEC-in Fəxri professoru adına layiq görülüb. Geri qayıt |