Azərbaycan Respublikasının Kino Agentliyi “Buta Film” MMC (VÖEN – 1700494161) ilə satınalma müqaviləsi imzalayıb. Yeniavaz.com xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən bir mənbədən satınalma metodu əsasında bağlanıb. Müqavilənin şərtlərinə görə, “Buta Film” MMC “Quşlar susanda” adlı tammetrajlı bədii filmin istehsalı xidmətlərini həyata keçirəcək. Qeyd edək ki, Kino Agentliyi bu xidmətlərin icrası üçün şirkətə 459 min manat ödəyəcək. Müqaviləyə əsasən, işlər 13 avqust 2025-ci ildən başlayaraq 25 fevral 2026-cı ilədək davam edəcək.
Geri qayıt
|