Əsas Səhifə > Güney Press > Rusiyanın "qazancı": Donbas xarabalıqları və milyonlarla tabut...
Rusiyanın "qazancı": Donbas xarabalıqları və milyonlarla tabut...Bu gün, 02:35 |
Belə ya da elə, artıq aydındır ki, Rusiya özünün “isti Ukrayna qanında çimmək və bundan həzz almaq” arzusuna vida edə bilər. "DİA-AZ" Musavat.com-a istinadən xəbər verir ki, bu sözlər Rusiyanın məşhur jurnalisti və publisisti Aleksandr Nevzorov Teleqram kanalda yazıb. “Heç bir “qələbə” rus təsəvvüründəki kimi olmayacaq. Maksimum, Rusiyanı gözləyən – Donbasda bir neçə yüz hektar yandırılmış torpaq, kəndlərin xarabalıqlarıdır ki, Rusiyaya heç lazım da deyil. Və o da yalnız müvəqqəti istifadə üçün. Üç ildən artıq davam edən rüsvayçı müharibənin və bir milyon rus cəsədinin müqabilində əldə edilən olduqca acınacaqlı “qənimətdir”. “Rus dünyası”nın bu günədək nail olduğu yeganə şey – özünün ən həssas sərhədində güclü, heç nəyi unutmayan və heç nəyi bağışlamayan bir dövlətin formalaşmasıdır. Bu dövlətin bütün ordusu yaxın zamanda “Azov”un öyrəndiyi təcrübə ilə məğlubedilməz hala gələcək. Daha da önəmlisi, bəşəriyyət Rusiyanın həqiqi yırtıcı simasını gördü və artıq ciddi şəkildə “onunla nə etməli” sualını düşünməyə başlayıb”,-deyə yazıda qeyd olunub. Geri qayıt |