Əsas Səhifə > Güney Press > Mixail Zabelinin heç kimə lazım olmayan mandatı kimə LAZIMDIR?
Mixail Zabelinin heç kimə lazım olmayan mandatı kimə LAZIMDIR?Bu gün, 17:40 |
Azərbaycan parlamentində “millət vəkili” adını daşıyan, amma illərlə nə danışan, nə də cəmiyyətin gündəminə adekvat reaksiya verən deputatlar az deyil. Onlar nə mediaya açıqlama verirlər, nə də xalqın dərdini dilə gətirirlər. Sadəcə, adları siyahılarda var, kresloları tutulub və hər seçkidə yenidən “seçilərək” mandatlarını möhkəmləndirirlər.
Bu gün parlamentin bir hissəsi gənc deputatların sosial şəbəkələrdə fotomodellik etməsi ilə, digər hissəsi isə “qoca qurdların” 5 il ərzində bir dəfə də olsun danışmaması ilə yadda qalır. Mixail Zabelin isə bu iki kateqoriyanın arasında deyil – o, sadəcə “mövcuddur”. Nə danışır, nə etiraz edir, nə də xalqın problemlərinə toxunur.
Azərbaycanda Rusiyanın təsir şəbəkəsi – “beşinci kolon” haqqında mətbuatda dəfələrlə yazılıb. Bu məsələdə Nəcməddin Sadıkovdan tutmuş, Ramiz Mehdiyevə qədər çoxsaylı adlar gündəmə gəlib. Amma bir həqiqət var ki, xalqın seçdiyi deputat xalqın sözünü deməlidir. Əgər bir millət vəkili 20 il ərzində xalqdan çox Rusiyanın xeyrinə danışırsa, bu artıq sadəcə “susqunluq” deyil, siyasi mövqe məsələsidir. Görünən kənd isə bələdçi istəmir… Yenicag.az Geri qayıt |