Əsas Səhifə > Güney Press > Rusiya Azərbaycan vətəndaşları üçün yeni iş qadağaları tətbiq edir

Rusiya Azərbaycan vətəndaşları üçün yeni iş qadağaları tətbiq edir


Bu gün, 14:50

Rusiya 2025-ci il sentyabrın 1-dən etibarən Yamal-Nenets Muxtar Dairəsində Azərbaycan, Tacikistan və Özbəkistan vətəndaşları üçün yeni iş məhdudiyyətləri tətbiq edəcək.

Musavat.com xəbər verir ki, yeni qaydalara əsasən, bu şəxslərin patentlə işləməsinə icazə veriləcək, lakin topdansatış və pərakəndə ticarətlə məşğul olmaları, həmçinin nəqliyyat vasitələrinin, o cümlədən motosikllərin təmiri qadağan olunacaq. Qadağalar "Yamal 1" xəbər portalında yayımlanıb.

Bu addım Rusiya Federasiyasının bəzi regionlarında xarici vətəndaşların iqtisadi fəaliyyətlərini məhdudlaşdırma siyasətinin bir hissəsi hesab olunur və Yamal-Nenets Muxtar Dairəsində fəaliyyət göstərən Azərbaycan vətəndaşları üçün iş imkanlarına təsir göstərə bilər.


Geri qayıt