Əsas Səhifə > Güney Press / Manşet / Ana xəbər > Samir Şərifovun Beyləqandakı adamı Müsavata olan sədaqətinin güdazına gedir

Samir Şərifovun Beyləqandakı adamı Müsavata olan sədaqətinin güdazına gedir


15-05-2014, 17:56
Samir Şərifovun Beyləqandakı adamı Müsavata olan sədaqətinin güdazına gedir
DİA.AZ: - Son zamanlar Azərbaycan hakimiyyət daxilində yüksək rütbəli məmurların ifşası dəp halını alıb. Nurçuların aşkarlanması ilə başlanan bu prosesə xarıcı ölkələr, kəşfiyat orqanları hətta müxalifətlə əlaqələr də əlavə olundu. Yəni anlaşılanı odur ki, dünənə qədər nurçularla əlaqələndirilərək “vurulan” məmurlar bu gün də “müxalifətin himayədarı” kimi hədəfəalınır

DİA.AZ-a daxilolan informasiyalardan belə anlaşılır ki, Maliyyə Nazirliyinin Beyləqan Rayon şöbəsinin rəhbəri Oktay Hacıyev Müsavat partiyasına qarşı sıcaq əlaqələri səbəbindən hədəfə çevrilib və hətta maliyyə naziri Samir Şərifov artıq işçisini İsa Qəmbərə olan sevgisindən dolayı danlayıb.

Bu barədə diaaz.space-a ötürülən informasiyada qeyd olunur ki, O. Hacıyevin vəzifə karyerası məhz Müsavat Partiyası və onun rəhbəri İsa Qəmbər ilə əlaqələrdən başlayıb. Yəni əlaqələr təsadüfi deyil. Mənbənin söylədikləri: “O. Hacıyevin İsa Qəmbərlə regional birliyi 1992-ci ildə onun vəzifəyə təyin olunmasına səbəb olub. Bundan sonra da bu əlaqələr qalıb və O.Hacıyev müxtəlif vaxtlarda İsa Qəmbərə və Müsavat partiyasına maddi yardımlar etməkdən belə çəkinməyib”.

Mənbəmizin məlumatına görə, bu günə qədər Müsavat partiyasının üzvlük vəsiqəsini özündə saxlayan Hacıyev məhz bu əlaqələrinin güdazına gedib. Mənbə iddia edir ki, artıq O.Hacıyevlə bağlı məsələ nazirin yanında belə çüzakirə olunmaqdadır.

Geri qayıt