Əsas Səhifə > Güney Press / Partiya > "Rusiyanın öz yeri, Azərbaycanın da öz yeri var"
"Rusiyanın öz yeri, Azərbaycanın da öz yeri var"Bu gün, 10:04 |
“ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Vladimir Putinlə görüşlərini müqayisə etmək lazım deyil. Çünki Azərbaycan məsələsi başqa, Rusiya məsələsi başqadır. Görüşlərdə ümumi ortaq çalar bu istiqamətdə axtarmaq olar ki, Tramp müharibələri dayandırmaqla bağlı əvvəlcədən anons vermişdi. O, sülh missiyasını istər Ermənistan- Azərbaycan cəbhəsində, istərsə də Hindistan-Pakistan, Rusiya-Ukrayna və s. cəbhələrdə aparır. İstər dünya xəritəsində, istərsə də siyasi, hərbi, iqtisadi – hansı müstəvidə olur, olsun, Rusiyanın öz yeri, Azərbaycanın da öz yeri var. Buna görə də Trampın liderlərlə görüşü barədə müqayisə aparmaq doğru olmaz”. Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elşad Musayev deyib. “Azərbaycan Prezidenti ilə Trampın görüşündə səmimi notlar aydın hiss olunurdu. Tramp Prezident İlham Əliyevə yaxşı münasibət bəsləyirdi. Rusiya Prezidentinin isə mövqeyi bəllidir. Ukrayna ərazisinin xeyli hissəsini işğal altında saxlayıb. Dünyada Putinə qarşı çox mənfi münasibət var. Dünya liderlərinin əksəriyyətinin, xüsusən Qərb ölkələrinin əhalisinin Putinə münasibəti pisdir. Tramp bunu nəzərə almaya bilməz. Trampın öz missiyası var və dövlətinin maraqları çərçivəsində hərəkət edir. Onun üçün birinci özünün və Amerikanın maraqlarıdır. Buna görə də hər kəsə ayrı-ayrı yöndən yanaşmağa, öz məqsədlərini reallaşdırmağa çalışır”, - deputat bildirib. Geri qayıt |