Əsas Səhifə > Güney Press > AIDA-nın rəisi BMT Fondunun Məşvərət Qrupuna üzv seçilib

AIDA-nın rəisi BMT Fondunun Məşvərət Qrupuna üzv seçilib


Bu gün, 11:53

Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) rəisi Elməddin Mehdiyev BMT-nin Fövqəladə Hallara qarşı Mərkəzi Cavab Fondunun (CERF) Məşvərət Qrupuna üzv təyin olunub. E.Mehdiyevin namizədliyi rəsmi olaraq Xarici İşlər Nazirliyi tərəfindən irəli sürülüb.

APAxəbər verir ki, BMT Baş katibinin təyinatı ilə sözügedən Məşvərət Qrupuna Azərbaycandan əlavə Kanada, Fil Dişi Sahili, Danimarka, Qambiya, Almaniya, Niderland, Niger, Norveç, Qətər, Cənubi Afrika Respublikası və İsveçin namizədləri üzv olublar. 3 il müddətinə təyin olunmuş ümumilikdə 23 üzvdən ibarət olan və ildə iki dəfə toplanan Məşvərət Qrupu BMT Baş Katibinə humanitar fəaliyyətlər, o cümlədən CERF-in işi ilə bağlı müvafiq tövsiyələr verirlər.

BMT Baş katibinin humanitar məsələlər üzrə müavininin rəhbərliyi altında fəaliyyət göstərən CERF dünyanın müxtəlif bölgələrində baş vermiş humanitar böhranların törətdiyi fəsadların aradan qaldırılması üçün təcili maliyyə yardımının göstərilməsini bilavasitə təşkil edən BMT-nin əsas qurumlarından biridir.

Azərbaycan nümayəndəsinin qeyd edilən quruma təyin olunması ölkəmizin donorluq fəaliyyətinin uğurunun və beynəlxalq birlik tərəfindən təqdir olunmasının göstəricisidir.


Geri qayıt