Əsas Səhifə > Güney Press > Milli Məclis 165 min manata nələr aldı?
Milli Məclis 165 min manata nələr aldı?Bu gün, 12:39 |
Milli Məclis xüsusi sifariş əsasında hazırlanan bir sıra hədiyyələrin satın alınması ilə bağlı tenderin qalibini müəyyən edib. "DİA-AZ" xəbər verir ki, tenderin qalibi "Nigar" İstehsalat-Kommersiya Firması (VÖEN: 1600108081) olub. Qalib şirkətə 164 770 AZN ödəniş ediləcək.Qeyd edək ki, "Nigar" İstehsalat-Kommersiya Firması 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 0,2 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Hüseynağa Məmmədov Məmməd oğludur. Hüquqi ünvanı AZ1031, Bakı şəhəri, Nizami rayonu, Məşədi Hilal Kazımov küçəsi, ev 42 ünvanındadır. Geri qayıt |