Əsas Səhifə > Güney Press > Azərbaycana hücum Rusiya üçün intihar olar

Azərbaycana hücum Rusiya üçün intihar olar


Bu gün, 12:57

Kremlin təbliğatçısı Volodimir Solovyov sərhədlərin kövrək olduğunu, Azərbaycanı nəzərdə tutaraq xüsusən də "Rusiya ilə sərhəddə yerləşən ölkələrin sərhədlərinin asanlıqla dağıldığını" deyib. Solovyov bununla da Azərbaycanı Rusiyanın hərbi müdaxiləsi ilə hədələyib.
Bakupost.az xəbər verir ki, Türkiyədə yaşayan erməni siyasi şərhçi İşxan Verdyan onun bu fikirlərinə cavab verib.
Bakupost.az
Onun sözlərinə görə, Rusiyanın Azərbaycan üzərində qələbə qazanmaq üçün demək olar ki, heç bir şansı yoxdur:
Birinci səbəb Türkiyədir. Şuşa Bəyannaməsi Bakı və Ankaranı kağız üzərində deyil, reallıqda müttəfiq edir. Türkiyə pilotsuz uçuş aparatları, hava hücumundan müdafiə sistemləri, kəşfiyyat və hərbi müşavirlər münaqişənin ilk günlərindən etibarən Azərbaycanın sərəncamında olacaq. Türkiyə Rusiyanın möhkəmlənməsini gözləməyəcək, tez və təsirli şəkildə müdaxilə edəcək.
İkincisi, logistika məsələsidir. Rusiyanın Azərbaycanla sərhədi dar Xəzəryanı dəhlizdir. Hər hansı bir təchizat kolonu və ya texnika dronlar və artilleriya üçün asan hədəfdir. “Butulka boğazı”na hücum qüvvəsi görəmək daimi itkiləri təmin etmək deməkdir.
Üçüncüsü — texnoloji fərq. Azərbaycan PUA-ları təkcə silah kimi deyil, hərbi doktrinanın bir hissəsi kimi istifadə edir: Zərbə və kəşfiyyat dronları, artilleriya və yüksək dəqiqlikli silahlarla inteqrasiya... Bunlar artıq Qarabağ müharibəsində sınanıb. Rusiya havadan atəş altında və effektiv gizlənmək imkanı olmadan hücuma keçəcək.
Dördüncüsü — resurslar. Rusiya ordusu Ukrayna müharibəsi nəticəsində tükənib. Texnika köhnəlib, sursatlar tezliklə tükənir, nəinki bərpa olunur, təcrübəli hissələr isə artıq 2021-ci ildəki kimi deyil. İkinci cəbhə açmaq onsuz da məhdud olan resursları havaya sovurmaqdır.
Ümumilikdə bu o deməkdir ki, Rusiya hücuma keçsə belə, onun strateji qələbə şansı cüzi olacaq. Uzunmüddətli qanlı müharibə mümkündür, amma qələbə yox.
 
Siyasi tarixdə belə müharibələrə tez-tez intihar müharibələri deyilir. Və bu, məhz belə bir haldır. Əslində, Solovyov Rusiyanı intiharla hədələyir”.

Geri qayıt