Əsas Səhifə > Güney Press > "Təyyar da, Samir də böyük sənətkardır"

"Təyyar da, Samir də böyük sənətkardır"


Bu gün, 12:25

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu müğənni Kərim Abasovun Xalq artistləri Nazpəri Dostəliyeva, Samir Cəfərov və Əməkdar artist Təyyar Bayramovla bağlı paylaşımını tənqid edib.

Axşam.az xəbır verir ki, musiqiçi T.Bayramovun ifasını yayımlayaraq “Bizə düşmən lazım deyil, siz əvəz edirsiz. Çox heyiflər olsun… Allah sizi qorusun, dəyərli sənətkarlarımız. Təyyar da, Samir də böyük sənətkardır" deyə, əlavə edib.

Qeyd edək ki, Kərim Xalq artistləri Nazpəri Dostəliyeva, Samir Cəfərov və Əməkdar artist Təyyar Bayramovun "Sənsiz yaşaya bilmirəm" mahnısını canlı ifa etdiyi anları yayımlayaraq "Nə vacibdir axı? Gücə düşməkdənsə, gedib fonoqram oxuyun. Özlərindən və sənətlərindən müştəbeh olan Xalq artistlərimiz, danışanda ağzınıza çullu dovşan yerləşmir. Bütün gün gəncləri canlı oxumamaqda qınayanlar" deyə, yazıb.


Geri qayıt