Əsas Səhifə > Güney Press > Köçəryan və Sərkisyandan sonra sələfi də Paşinyanın hədəfində
Köçəryan və Sərkisyandan sonra sələfi də Paşinyanın hədəfindəBu gün, 11:57 |
Ermənistanın keçmiş baş naziri Ovik Abramyan barəsində açılan cinayət işi çərçivəsində bu gün ilk dəfə məhkəmə qarşısına çıxarılacaq. Globalinfo.az xəbər verir ki, onun məhkəməsinə Ermənistanın ən qalmaqallı siyasi işlərə baxan hakimlərindən Vahe Dolmazyanın təyin edildiyi bildirilir. Dolmazyan daha əvvəl müxalifət lideri Armen Aşotyan, keçmiş prezident Robert Köçəryan və bir sıra siyasət adamlarının işlərinə baxıb. Qeyd edək ki, O.Abramyan səlahiyyəti müddətində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mənimsəmədə ittiham olunur. Abramyan iyunun 13-də saxlanılıb, ertəsi gün barəsində həbs-qətimkan tədbiri seçilib. Daha sonra məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılıb. İyulun sonunda isə bu qərar inzibati nəzarətlə dəyişdirilib. Keçmiş baş nazirin sabiq prezidentlər Robert Köçəryan və Serj Sərkisyanla eyni maddələr üzrə ittiham olunması, həmçinin onlara qarşı yeni cinayət işlərinin açıldığı bir zamanda saxlanılması gözləri baş nazir Nikol Paşinyana çevirib. Ermənistan liderinin keçmiş hökumət nümayəndələri vahid proses çərçivəsində zərərsizləşdirməyə çalışdığı deyilir. Geri qayıt |