Əsas Səhifə > Güney Press > Ukraynaya göndərilən humanitar yardımı bu şirkət təmin edir

Ukraynaya göndərilən humanitar yardımı bu şirkət təmin edir


Bu gün, 11:43

Energetika Nazirliyi “STP Global Cable” MMC (VÖEN - 2906015361) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumata istinadən bildirir ki, satınalma müqaviləsi bir mənbədən satınalma metodu əsasında bağlanıb.
Müqaviləyə əsasən, nazirlik “STP Global Cable” MMC-dən Ukraynaya humanitar yardım məqsədilə elektrik avadanlıqları alacaq və qarşılığında 3 milyon 399 min 907 manat 67 qəpik ödəyəcək.
Qeyd edək ki, “STP Global Cable” MMC Sumqayıt Texnologiyalar Parkının ən böyük müəssisələrindən biridir.
Xatırladaq ki, Prezident İlham Əliyev avqustun 11-də Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Energetika Nazirliyinə 2 milyon dollar (3,4 milyon manat) vəsait ayrılması haqqında Sərəncam imzalayıb. Yardımın ilk hissəsi ötən gün – avqustun 13-də Ukraynaya yola salınıb.


Geri qayıt