Bu mövsüm də “Qarabağ” Avrokuboklarda uğurla irəliləyir.
Bizim.Media xəbər verir ki, komanda artıq Çempionlar Liqasının play-off mərhələsinə vəsiqə qazanıb.
Klub ölkəmizə reytinq xalı qazandırmaqla yanaşı büdcəsini də xeyli zənginləşdirib.
Təsadüfi deyil ki, komanda Çempionlar Liqasında play-off mərhələsinə yüksəlməklə birbaşa olaraq UEFA-dan 4 milyon 310 min avro alacaq. Bu təxminən 8,6 milyon manat olacaq. Vəsait Avroliqanın qrup mərhələsində iştiraka görə verilir. Komanda əgər Çempionlar Liqasının əsas mərhələsinə düşərsə, UEFA-dan əlavə 18 milyon 620 min avro gəlir əldə edəcək ki, bu da 37 milyon manata yaxın vəsait deməkdir.
Ağdam təmsilçisi play-off mərhələsində məğlub olsa belə, yenə də UEFA-dan 4 milyon 290 min avro kompensasiya əldə edəcək.
Deməli, “Qarabağ” artıq bu mövsüm UEFA-dan minimum 8 milyon 600 min avro qazanıb ki, bu da təxminən 17 milyon manata yaxın vəsait deməkdir.
Bu pulun miqdarı “Qarabağ”ın bir mövsümlük büdcəsinin böyük hissəsini təşkil edə bilər.
Geri qayıt
|