Əsas Səhifə > Güney Press > Ölümündən qabaq Səhiyyə Nazirliyini ittiham etmişdi
Ölümündən qabaq Səhiyyə Nazirliyini ittiham etmişdiBu gün, 09:59 |
İki gün əvvəl Qaraciyər serrozundan həyatını itirən gənc fəal Səlim Milli ölümündən bir neçə gün əvvəl Səhiyyə Nazirliyini ittiham edib. Gununsesi.info bildirir ki, mərhum sosial şəbəkə hesabında qaraciyər xəstəliyi ilə mübarizə aparan insanların durumunu yazıb. “Qaraciyər xəstələri hökümətin əməliyyatdan sonra bu iynəyə görə səfalət içində yaşayirlar. Aldiqlari sosial müavinət bu dərmanin aylıq dozasini pulunu çıxartmır. Kimdir, bu dərman mafiyasını ölkədə idarə edən? Niyə, İtaliyada istehsal olunan iynə ölkəyə İran yolu ilə gəlir və piştaxta altından istənilən qiymətə satılır? Səhiyyə Nazirliyi kimdən qorxur ki , bu dərmanı siyahıya sala nilmir .Mən ağır qaraciyər xəstəsiyəm. Mən də əməliyyatdan sonra bu problemlə üz- üzə qalacam deyə indidən bu problemin həll olunmasini istəyirəm”. Geri qayıt |