Əsas Səhifə > Güney Press > Paşinyan hökuməti Samvel Karapetyana qarşı kampaniya

Paşinyan hökuməti Samvel Karapetyana qarşı kampaniya


Bu gün, 11:15

Ermənistan hökumətində “Elektrik Şəbəkələri” QSC-nin keçmiş sahibi və iş adamı Samvel Karapetyanı uzunmüddətli “oğru” kimi təqdim etmək üçün ətraflı “plan” hazırlanır.

Yenicag.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.

Mənbələrin iddiasına görə, Baş nazir Nikol Paşinyanın siyasi komandasının məqsədi ayda təxminən 50 milyon dollarlıq “israf” faktları tapıb ictimailəşdirməkdir. Bununla Karapetyana olan etimadı sarsıtmaq və onun beynəlxalq arenadakı mövqelərini zəiflətmək planlaşdırılır. Bildirilir ki, bu kampaniyada “oğurluq mövzusu” Karapetyanla da əlaqələndiriləcək, halbuki o, Ermənistanda əsasən xeyriyyəçilik fəaliyyəti ilə tanınıb.

Bu proses fonunda Karapetyan beynəlxalq arbitraj məhkəməsinə müraciət edərək, Paşinyan hökumətinin nümayəndələrinin ona təxminən 508 milyon dram məbləğində ziyan vurduğunu bəyan edib.


Geri qayıt