Əsas Səhifə > Güney Press > 475 min manatlıq satınalma yarımçıq qaldı
475 min manatlıq satınalma yarımçıq qaldıBu gün, 11:13 |
"Azərxalça" ASC-nin elan etdiyi tender ləğv edilib. "DİA-AZ" xəbər verir ki, sözügedən tender avtomobillərin cari təmiri xidmətlərinin satın alınması ilə bağlı elan edilmişdi.Tenderin ləğv edilməsinə səbəb, tələblərə uyğun olaraq təklif və təminat təqdim edən, zəruri hallarda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olması olub. Qanunvericiliyin 36.1.1 maddəsinə əsasən, bu halda tenderin davam etdirilməsi mümkün deyil. İlkin ehtimal olunan qiyməti 475 027 manat olan müsabiqə 9 iyul 2025-ci ildə elan edilmişdi. Təkliflərin qəbulu və zərflərin açılışı isə 31 iyul 2025-ci ildə nəzərdə tutulmuşdu. Geri qayıt |