Əsas Səhifə > Güney Press > Milli Depozit Mərkəzindəki hesabların 40 faizə yaxını fəaliyyətsizdir

Milli Depozit Mərkəzindəki hesabların 40 faizə yaxını fəaliyyətsizdir


Bu gün, 13:01

Bu il iyulun 1-nə Milli Depozit Mərkəzində (MDM) 167 386 depo hesabı olub. Yurd.Media xəbər verir ki, bu barədə MDM məlumat yayıb.

Məlumata əsasən, hesabat tarixinə MDM-də ümumilikdə 103 536 aktiv hesab olub. Bu isə ümumi hesabların 61,85%-i deməkdir.

Başqa sözlə, MDM-dəki hesabların 38,15%-i fəaliyyətsizdir.


Geri qayıt