Əsas Səhifə > Güney Press > Növbəti humanitar yardıma görə Azərbaycana minnətdarıq
Növbəti humanitar yardıma görə Azərbaycana minnətdarıqBu gün, 12:50 |
Ukrayna Azərbaycana növbəti humanitar dəstəyə görə minnətdarlığını ifadə edib. Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının sədr müavini Olena Kondratyuk “X” hesabında yazıb. "Biz Ukraynaya davamlı humanitar dəstəyinə görə Azərbaycana minnətdarıq", - paylaşımda deyilir. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün Ukraynaya humanitar yardımın göstərilməsi məqsədilə 2 milyon dollar məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb. Geri qayıt |