Əsas Səhifə > Güney Press > İlk dəfə bunu İlham Əliyevlə müzakirə etmişdim

İlk dəfə bunu İlham Əliyevlə müzakirə etmişdim


Bu gün, 03:23

Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını səmimi qəlbdən alqışlayıram. Bu sənəd iki ölkə arasında uzun illər davam edən münaqişənin yekun həlli istiqamətinə yol açır. Hər iki ölkə 2001-ci ildən bəri Avropa Şurasının üzvləridir və bu addım Cənubi Qafqazda davamlı sülhə doğru tarixi bir mərhələni ifadə edir.

Axar.az xəbər verir ki, bu fikirləri Avropa Şurasının Baş katibi Alen Berset bəyanatında qeyd edib.

Baş katib bildirib ki, regionun sabitliyi yalnız Ermənistan və Azərbaycan üçün deyil, həm də qonşu Gürcüstan da daxil olmaqla bütün xalqlar üçün rifah və təhlükəsizlik baxımından həyati əhəmiyyət daşıyır:

“Mart ayında hər iki ölkə “Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında” saziş layihəsinin yekunlaşdırıldığını elan etdikdə, bu irəliləyiş məni xüsusilə ruhlandırdı. Həmin vaxtdan bu yana bu mövzu liderlərlə daimi müzakirələrimin əsasını təşkil edib. İlk dəfə bu məsələni keçən il Bakıda COP tədbiri zamanı Prezident İlham Əliyevlə müzakirə etmişdim. Bu ilin aprelində Antalyada keçirilən Diplomatiya Forumunda ikitərəfli görüşümüzdə də məsələ gündəmdə idi. May ayında Tiranada keçirilən Avropa Siyasi Birliyi Sammitində Prezident İlham Əliyevə, eləcə də Baş nazir Nikol Paşinyana, sülhə dəstək mesajımı şəxsən çatdırdım və son olaraq iyulda Yerevana rəsmi səfərim zamanı bunu bir daha vurğuladım”.


Geri qayıt