Əsas Səhifə > Güney Press / Partiya > Qərb üçün hansı tərəfin qalib gəlməsi o qədər də vacib deyildi...
Qərb üçün hansı tərəfin qalib gəlməsi o qədər də vacib deyildi...Bu gün, 06:42 |
“Ermənistanla sülh müqaviləsinin məhz ABŞ-da bağlanması məntiqlidir. Konflikt haradan ilham almışdısa, orada da bitir. Əvvəllər də qeyd etmişdim ki, ermənilərin bizə qarşı ərazi iddialarına vəsvəsəni Qərb aşılamışdı. Məqsəd isə SSRİ-ni zəiflətmək və dağıtmaq idi. Yalnız sadəlövh insanlar inana bilər ki, bu münaqişəni Moskva yaradıb”. "DİA-AZ" xəbər verir ki, bunu tanınmış hüquqşünas Əkrəm Həsənov bildirib: “Heç bir dövlət öz ərazisində etnik münaqişənin başlamasını istəməz. Ən azı ona görə ki, bu, milli şüuru gücləndirir, daxildə əlavə problemlər yaradır və dövlətin vahidliyinə xələl gətirir. Təsəvvür edin ki, biz Qubada yəhudilərlə ləzgilər arasında qarşıdurma yaratmaqda maraqlı olaq – əlbəttə ki, yox. Məhz buna görə də erməniləri qızışdıran ABŞ olub – yerli diaspora vasitəsilə. Lakin SSRİ dağılandan sonra vəziyyət dəyişdi: artıq konfliktdən daha çox Rusiya faydalanmağa başladı ki, həm Bakı, həm də İrəvan ondan asılı qalsın. Qərb isə əksinə, münaqişənin tezliklə başa çatmasında maraqlı idi ki, Rusiya bundan istifadə edə bilməsin. Qərb üçün hansı tərəfin qalib gəlməsi o qədər də vacib deyildi, əsas məsələ konfliktin bitməsi idi. Yekunda isə bizim birmənalı zəfərimizdən sonra Qərb istəyinə nail oldu və Rusiya oyundan kənar vəziyyətdə qaldı. Bu, həm Azərbaycanın, həm də Ermənistanın xeyrinə oldu. Amma əsas qalib ABŞ-dır – bu gün ilk növbədə onun təntənəsidir: başladığı münaqişəni yekunlaşdırır”. Geri qayıt |