Əsas Səhifə > Güney Press > Paşinyan ATƏT-in Minsk Qrupunu münaqişənin simvolu adlandırıb

Paşinyan ATƏT-in Minsk Qrupunu münaqişənin simvolu adlandırıb


Bu gün, 06:06

ATƏT-in Minsk Qrupunun mövcudluğu hər iki ölkədə qarşı tərəfin səmimiyyətinə dair şübhə yarada bilər.

APA xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

Hökümət başçısı ATƏT-in Minsk Qrupunu münaqişənin simvolu adlandırıb.

Onun sözlərinə görə, bu gün Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ATƏT-ə Minsk prosesi və onunla bağlı strukturların bağlanması barədə birgə müraciət imzalayıblar.


Geri qayıt