Əsas Səhifə > Güney Press > İcra Hakimiyyətinin 150 minlik tenderi ləğv edildi

İcra Hakimiyyətinin 150 minlik tenderi ləğv edildi


Dünən, 17:18

Qobustan Rayon İcra Hakimiyyəti tərəfindən elan edilən tender ləğv edilib.

"DİA-AZ" xəbər verir ki, tender yükləyici ekskavatorun satınalınması məqsədilə elan olunmuşdu. Satınalma prosesi üzrə ehtimal olunan qiymət 150 000 manat təşkil edirdi.

Müsabiqə 23 aprel 2025-ci il tarixində saat 19:04-də elan olunmuşdu. Təkliflərin təqdim edilmə müddəti 16 may 2025-ci il saat 16:00-da başa çatmalı və həmin tarixdə zərflərin açılışı da keçirilməli idi. Lakin satınalma prosesi Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin 5 avqust 2025-ci il tarixli, AİBNDA/SQ-6850/2025 nömrəli rəsmi qərarına əsasən dayandırılıb.

Tenderin ləğv səbəbinə dair əlavə açıqlama verilməyib.


Geri qayıt