Əsas Səhifə > Güney Press > “Kredit götürməyə kömək” adı altında dələduzluq
“Kredit götürməyə kömək” adı altında dələduzluqBu gün, 09:34 |
Qaradağ rayon sakini Samir Həsənov bankdan kredit götürməyə yardım adı altında adamları aldadıb, pullarını ələ keçirməkdə ittiham olunur.Bizimyol.info xəbər verir ki, 40 yaşlı Samir Həsənov bu hərəkətlərinə görə Cinayət Məcəlləsinin 178.1 (dələduzluq) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunub. O, Şəmkir rayon sakini olan Könül adlı xanıma qarşı da eyni əməli törədib. Zərərçəkmiş Şəmkirdə satılan evi ala bilmək üçün bankdan kredit götürmək istəyib. Bu məqsədlə də tanışı vasitəsilə Samir Həsənova müraciət edib ki, kredit götürmək işində ona kömək eləsin. Onlar Bakıda görüşüblər. Samir Həsənov qadının özünü Beynəlxalq Banka göndərib. Lakin ona kredit verilməyib. Deyilib ki, iş yerində stajı 6 aya çatmayıb. 6 ayın tamamından sonra onlar bir daha görüşüb, qadın bir daha banka gedib. bu dəfə ona 3700 manat, üstəlik, 300 manatlıq da kredit kartı verilib. Daha sonra Könül “Unibank”a müraciət edib, oradan da 2700 manat pul və içində 500 manat olan kredit kartı alıb. O, Samir Həsənova bildirib ki, ev almaq üçün bu məbləğ kifayət deyil, əlavə kreditə ehtiyac var. Samir Həsənov isə cavabında deyib ki, sistemdə adına açıq kredit görünür, bu məsələnin həlli üçün 1000 manat lazımdır. Zərərçəkən qadın onun istədiyi 1000 manatı göndərib. Daha sonra “kredit götürməyə yardım” adı altında yenə də pullar istəyib və qadından bir neçə dəfəyə ondan 2860 manat pul alıb. Samir Həsənov dələduzluq etdiyini etiraf edib. O bildirib ki, Könülün istər “Beynəlxalq Bank”dan, istərsə də “Unibank”dan kredit götürməsində onun heç bir rolu olmamışdı. Banklar maaşına, tarixçəyə baxıb, ona kredit vermişdilər. Amma o, elə danışmışdı ki, guya məsələni özü həll edib və məqsədi bu adla qadını aldatmaq idi. Samir Həsənov zərərçəkmişə vurduğu ziyanı ödəyib – ondan aldığı pulları qaytarıb. Ziyanın ödənilməsini, onun peşman olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alan məhkəmə Samir Həsənova aylıq qazancının 5 faizi dövlət nəfinə tutulmaqla, 6 ay müddətinə islah işləri cəzası verib. Geri qayıt |