Əsas Səhifə > Güney Press > ABŞ Rusiyanın nüvə bazaları istiqamətinə kəşfiyyat təyyarəsi göndərib

ABŞ Rusiyanın nüvə bazaları istiqamətinə kəşfiyyat təyyarəsi göndərib


Bu gün, 16:54

Amerika Birləşmiş Ştatları ABŞ Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus “Boeing WC-135” kəşfiyyat təyyarəsini Rusiyanın Murmansk vilayətindəki nüvə bazalarına doğru göndərib.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“ABŞ HHQ-nin “WC-135R” təyyarəsi Britaniyanın şərqində yerləşən böyük hərbi baza olan Mildenholldakı aviabazadan havaya qalxdıqdan sonra Norveçin qərb sahilləri boyunca şimala doğru hərəkət edib”, – məlumatda qeyd olunub.

Bundan əvvəl Rusiya XİN bəyan etmişdi ki, ABŞ strateji sabitlik üzrə dialoqda maraqlı deyil və bu səbəbdən Rusiya Hücum Silahlarının Azaldılması Müqaviləsinin (SNA/SNV) bərpası məsələsini müzakirə etməyin mənasını görmür.


Geri qayıt