Əsas Səhifə > Güney Press > Gözdən əlil şəxsin şikayəti təmin olunmadı
Gözdən əlil şəxsin şikayəti təmin olunmadıBu gün, 18:05 |
Həbsdə olan Lökbatanda tanışını xüsusi amansızlıqla qətlə yetirən iki gözdən əlil Qulu Abbasovun hökmdən verdiyi şikayətə baxılıb. Teleqraf-ın xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qulu Abbasov ona verilmiş 15 il həbs cəzasının yüngülləşməsini istəyib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. Qərara görə, onların şikayətləri təmin edilməyib. Apellyasiya instansiyası məhkəməsinin qərarından sonra hökm qanuni qüvvəsini alıb. Qeyd edək ki, 43 yaşlı müttəhim tanışı Xanlar Əmirova şəxsi münaqişə zəminində ardıcıl bir neçə bıçaq zərbəsi vurub. 41 yaşlı X.Əmirov hadisə nəticəsində ölüb. Məhkəmədə məlum olub ki, Qulu zərərçəkmişi qısqanclıq zəminində qətlə yetirib. O, mərhuma 10-dan çox bıçaq zərbəsi vurub. Tərəflər arasında əvvəllər də bu və digər səbəblərdən mübahisələr baş verib, bundan əvvəl də qardaşı və yeniyetmə oğlu zərərçəkmişi döyüblər. Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Qulu Abbasov 15 il müddətinə azadlıqdan məhrum edilib. Geri qayıt |