Əsas Səhifə > Güney Press / Ana xəbər > İştirakçı azlığı 150 nəfəri təlimsiz qoydu
İştirakçı azlığı 150 nəfəri təlimsiz qoyduBu gün, 18:01 |
Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi tərəfindən keçiriləcən tender ləğv edilib. "DİA-AZ" xəbər verir ki, sözügedən tender “Liderlik proqramı” təlim xidmətlərinin satın alınmasına dair elan edilmişdi. Tender “Dövlət satınalmaları haqqında” Qanunun 36.1.1-ci maddəsinə əsasən dayandırılıb. Qərara səbəb olaraq, müsabiqədə iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunan halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olması göstərilib.Tender çərçivəsində 2 ay ərzində 150 nəfərə liderlik bacarıqlarının inkişafına yönəlmiş təlimlərin keçirilməsi planlaşdırılırdı. Tenderin ehtimal olunan dəyəri 51 866 manat təşkil edirdi. Müsabiqə 15 iyul 2025-ci il saat 14:49-da dövlət satınalmalarının vahid internet portalında dərc edilmişdi. Təkliflərin qəbulu 29 iyul 2025-ci il saat 16:00 müəyyən edilmişdi və eyni gün zərflərin açılışı nəzərdə tutulmuşdu. Geri qayıt |